20 Aprel 2025
İfam Qod Nisanovun xoşuna gəldi, konvert göndərdi

İfam Qod Nisanovun xoşuna gəldi, konvert göndərdi

İfam Qod Nisanovun xoşuna gəldi, konvert göndərdi

02 Mart 2025 09:00 | Baxış sayı: 389

Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövrdə yaşadığı çətinliklərdən danışıb.

AJMEDİA.İNFO Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə o, “Efirdən kənar” verilişində açıqlama verib.

Cavid deyib ki, o, Ukraynada olduğu müddətdə ona azərbaycanlı iş adamı Qod Nisanov köməklik göstərib:

“Mənim işlədiyim restorana Qod Nisanov qonaq gəlmişdi. Həmin vaxt büdcə problemim var idi. Onda sadəcə bir mahnı oxuya bildim. İfama reaksiya verdi, çox xoşuna gəldi, köməkçiləri mənə bir konvert gətirdi. Açanda gördüm ki, Ukraynada ev tutmağımdan bilet almağıma, hətta Gəncədəki problemləri həll etməyimə bəs edəcək qədər məbləğ var”.