SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlİcra Hakimiyyətində mənimsəmə - Məhkəmə başlayır
06 Mart 2024 18:34 | Baxış sayı: 505
Zərdab Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sabiq nümayəndəsi İntizam Məmmədov və baş mühasibi Bənövşə Əhmədovanın cinayət işi məhkəməyə göndərilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Zərdab Rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla İntizam Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2018-2021-ci illər ərzində nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərini aşaraq ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını israf etməsi və mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.