SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİcra Hakimiyyəti Şuşaya nə vaxt köçəcək?
26 Fevral 2023 14:24 | Baxış sayı: 584
"Şuşa İcra Hakimiyyəti hazırda Bakıda fəaliyyətini davam etdirir".
AJMEDİA.İNFO Turkustan.az-a istinadən xəbər verir ki, bunu Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıb:
"İcra Hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda cənab Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər".
B.Səfərov Şuşaya sonuncu dəfə nə zaman getməsi ilə bağlı sualı da cavablandırıb: "İstədiyim vaxt Şuşaya gedirəm. Sonuncu dəfə 3 ay əvvəl Şuşada olmuşam".