SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİcra başçısının qəbulunda özünü yandırmaq istədi - Görün, nə oldu...
26 İyul 2024 05:26 | Baxış sayı: 512
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qəbulunda insident yaranıb.
AJMEDİA.İNFO xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, hadisə Goranboy rayon Nərimanlı kənd icra nümayəndəliyində baş verib.
Belə ki, vətəndaş qəbulu zamanı binanın qarşısında səs-küy eşidilib. İcra başçısının qəbuluna düşə bilməyən Zeynallı kənd sakini, 1990-ci il təvəllüdlü S.M. Məhərrəm Quliyevin 17 iyulda Nərimanlı kənd icra nümayəndəliyində qəbul keçrildiyini öyrənib.
S.M. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs hadisəni içkili halda törədib.
Məhkəmənin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 50 manat cərimə edilib. İnzibati qaydada tutulmuş S.M. məhkəmə iclas zalından dərhal azad olunub.