SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlİcra başçısının qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
24 İyul 2023 12:19 | Baxış sayı: 504
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib.
AJMEDİA.İNFO xəbər verir ki, Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Klinikanın direktoru vəzifəsinə təyin olunub.
2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.
C.Paşayev könüllü olaraq Vətən Müharibəsində yaralanan hərbi qulluqçulara tibbi yardım göstərilməsində iştirakı, eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə xidmətlərinə görə “Fəxri Fərman”la və “Səhiyyə Əlaçısı” döş nişanı ilə təltif olunub.
Bundan başqa, o, ötən ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postuna oturan Elvin Nazim oğlu Paşayevin qardaşıdır.
Elvin Nazim oğlu Paşayev