20 Aprel 2025
İcra başçısının qardaşı necə ölüb? - TƏFƏRRÜAT + FOTO

İcra başçısının qardaşı necə ölüb? - TƏFƏRRÜAT + FOTO

İcra başçısının qardaşı necə ölüb? - TƏFƏRRÜAT + FOTO

25 Sentyabr 2024 16:03 | Baxış sayı: 397

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşının ölümünün təfərrüatı məlum olub.


AJMEDİA.İNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, elektrik cəryanı vurması nəticəsində dünyasını dəyişən 53 yaşlı Habil Quliyev Xırdalanda fəaliyyət göstərən kolbasa şirkəti "Ay-Min" MMC-də çalışıb.


Mərhumun ölümünə səbəb avtoyuma apartı olub. Belə ki, onun işlədiyi şirkətin yaxınlığında avtoyuma məntəqəsi fəaliyyət göstərirmiş. Avtoyuma apartının su vuran başlığını əlinə götürən zaman Habil Quliyevi cəryan vurub.


Mərhum hadisə yerində dünyasını dəyişib. Habil Quliyev bu gün Lənkəran rayonun Hirkan qəsəbəsində dəfn edilib.


Fotoda: Məhərrəm Quliyev

Məhərrəm Quliyev — Vikipediya