SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlİcra başçısı təyin edilən Adil Əliyev kimdir? - DOSYE
08 İyul 2024 10:57 | Baxış sayı: 391
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
AJMEDİA.İNFO Adil Əliyevin dosyesini təqdim edir:
Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib.
1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.
1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.
2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.
2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.
Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.