19 Aprel 2025
“İcra başçısı olmağına kömək edəcəm” – Müqayis Vediyev sahibkarı necə aldadıb?

“İcra başçısı olmağına kömək edəcəm” – Müqayis Vediyev sahibkarı necə aldadıb?

“İcra başçısı olmağına kömək edəcəm” – Müqayis Vediyev sahibkarı necə aldadıb?

12 Sentyabr 2024 12:44 | Baxış sayı: 330

Bu gün yerli mediada uzun müddətdir, axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyevin həbs olunması xəbəri yayılıb.


AJMEDİA.İNFO xatırladır ki, yayılmış məlumatlarda onun gizləndiyi yerin Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində aşkarlandığı qeyd olunur.


Təqsirləndirilmiş şəxs qismində saxlanılan Müqayis Verdiyev barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub və iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə istintaq hərəkətlərinin davam etdirilməsi məqəsdilə 1 ay 24 gün müddətində həbs olunub və Bakı İstintaq Təcridxanasına göndərilib.


Kimdir Müqayis Verdiyev?


SAVASH.MEDİA-nın yaydığı məlumata görə, bu şəxsin adı davamlı olaraq müxtəlif səviyyəli dələduzluq əməllərində hallandırılıb və bu əməllərinə görə bir neçə dəfə həbs həyatı yaşayıb. Xatırladaq ki, 2016-cı ildə dövlətin Sumqayıt şəhər bulvarına abadlıq məqsədilə ayırdığı millyonlarla manat pulu mənimsəməkdə ittiham olunmuşdu. (https://www.savash.media/icra-bascisi-olmagina-kom%c9%99k-ed%c9%99c%c9%99m-muqayis-vediyev-sahibkari-nec%c9%99-aldadib/)


Onunla bağlı şikayətlərin isə sayı-hesabı yoxdur. Bu şikayətlərin siyahısına aldadılaraq pulları əllərindən alınan sahibkarlardan tutmuş işlədilərək əmək haqqı ödənilməyən işçilərə qədər çoxsaylı şəxslərin adları var. İddialara görə isə, o müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək dələduzluq əməlləri törədib. Belə faktlardan biri isə Müqayis Verdiyevin sahibkarlardan birini icra başçısı postuna təyinat almasında yardımçı olacağı vədi ilə aldatmasıdır. Onun bu dələduzluq yolu ilə həmin sahibkardan külli miqdarda pul aldığı da daxil olan məlumatlar arasındadır.