20 Aprel 2025
İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO

İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO

27 Noyabr 2024 13:16 | Baxış sayı: 262

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

AJMEDİA.İNFO Qaynarinfo.az-a istinadən xəbər verir ki, Ağayev Murad Əsgər oğlu başçısının köməkçisi təyin olunub.


Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

Məlumat mətbuatda dərc olunduqdan sonra - 18 avqust 2021-ci ildə Əziz Əzizov bacısı oğlunu vəzifədən azad edib.