İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlİbrahim Kalın: "Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyünü qəbul edib"
05 Aprel 2023 16:44 | Baxış sayı: 486
"Rusiyanın Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı gərginlik yaradacağını gözləmirik".
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Anadolu"ya müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın əsas narahatlığı Ukraynanın Alyansa üzv ola biləcəyi ilə bağlıdır: "Gürcüstan müharibəsinin əsas səbəbi də məhz NATO-nun genişlənməsi idi. Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyünü qəbul edib. Ümid edirik ki, hansısa gərginlik olmaz".