SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlHusilər səfərbərlik elan etdi
12 Yanvar 2024 00:53 | Baxış sayı: 682
Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi “Al Masirah” telekanalında çıxışı zamanı bildirib.
"Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", – deyə o qeyd edib.
O, həmçinin “Ənsar Allah” tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb.axar.az