İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlHusilər Qırmızı dənizdə yunan gəmisinə hücum edib
24 Avqust 2024 06:40 | Baxış sayı: 329
Yəməndəki husilər Qırmızı dənizdə partlatdıqları yunan gəmisinin videogörüntülərini yayıblar.
APA xəbər verir ki, husilərin media mənbələri tərəfindən paylaşılan görüntülərdə yunan gəmisinin vurulduqdan sonra alovlandığını göstərən səhnələr var.
Husilər dünən “MV Sounion” adlı gəminin İsrail limanlarına giriş qadağasını pozduğu üçün vurulduğunu açıqlamışdı.
Böyük Britaniyanın Sənadakı səfiri Abda Şərif husilərin hücumuna məruz qalan “MV Sounion” adlı gəminin heyətinin xilas edildiyini, ciddi ziyan görən gəminin isə Qırmızı dənizdə vurulmuş vəziyyətdə qaldığını açıqlayıb.