Qiyməti 8 min dollardan aşağı olan 10 ən etibarlı istifadə edilmiş avtomobil – SİYAHI
5 saat əvvəlHusilər "Groton" konteyner gəmisini raketlə vurdu
04 Avqust 2024 16:32 | Baxış sayı: 437
Yəmənin Ənsarullah hərəkatı Ədən körfəzində üzən "Groton" gəmisinə ballistik raketlərlə hücum edib.
Xarici KİV-lər xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib.
"Yəmənin hərbi dəniz və raket qüvvələri birgə əməliyyat keçirərək, Ədən körfəzində "Groton" gəmisinə çoxsaylı ballistik raketlərlə hücum edib", - o bildirib.
Onun sözlərinə görə, "Groton" konteyner gəmisi "işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozduğu" üçün vurulub.