SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlHusilər Ərəbistan dənizində İsrail gəmisinə hücum ediblər
05 Mart 2024 06:11 | Baxış sayı: 569
Üsyançı “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Yəmən husilərinin Ərəbistan dənizində İsrailin MSC SKY gəmisinə hücum etdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.
Məlumata görə, Yəmənin Hərbi Dəniz Qüvvələri İsrail gəmisinə raketlərlə hücum edib.
Yəhya Saria zərbənin dəqiq və birbaşa olduğunu vurğulayıb.
Bundan əvvəl “Ənsar Allah” hərəkatının Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə endirilən zərbələrə görə Baş nazir Rişi Sunakı təqsirləndirib. O, həmçinin Britaniyaya gəmiyə girişlə bağlı ultimatum verib.