SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHulusi Akar Yunanıstana çağırış edib: “Biz Ege dənizinin dostluq dənizi olmasını istəyirik”
04 Aprel 2023 19:18 | Baxış sayı: 502
“Biz Ege dənizinin dostluq dənizi olmasını istəyirik”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikolaos Panagiotopoulos ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyənin arzusu hər iki ölkə vətəndaşlarının təhlükəsiz yaşamasıdır:
“İki mədəni ölkə olaraq mövcud problemlərin sülh ilə həlli əsas istəyimizdir. Fürsətdən istifadə edib həm səfərinə, həm də zəlzələ ilə əlaqədar bizə göstərdikləri dəstəyə görə Yunanıstana təşəkkür edirəm”.