20 Aprel 2025
Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

Hulusi Akar İlham Əliyevə qılınc hədiyyə etdi - FOTO

21 Fevral 2025 14:09 | Baxış sayı: 333

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olunub.

Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.