SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHollandiya Xarici İşlər Nazirliyi Azərbaycana qarşı iddialarla çıxış edib
03 Fevral 2023 05:59 | Baxış sayı: 551
Niderlandın Xarici İşlər Naziri, Aİ Xarici Əlaqələr Şurasının iclasında ölkə parlamentinə verdiyi hesabatda guya dekabrın 12-dən etibarən Laçın dəhlizi özünü azərbaycanlı adlandıran ekoloji fəallar tərəfindən bağlandığını qeyd edib.
AJMEDİA.İNFO xəbər verir ki, Laçın dəhlizi humanitar marşrutlar uçun tam açıq olduğu halda, xarici medialar Niderland və Avropa İttifaqının bir sıra digər ölkələrinin Xarici İşlər Nazirliyinin rəhbərinin Dağlıq Qarabağdakı humanitar vəziyyətdən narahat olduqlarını qeyd edirlər. Eləcədə Holland hökuməti Azərbaycan hakimiyyətini Laçın dəhlizinin açılmasına çağırmaq üçün təsir imkanlarını öyrənir.
Hollandiya Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətini dəstəklədiyini bildirib və onun yardım imkanlarını araşdırır.