Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyində danışıqlar aparıb
08 Dekabr 2024 21:53 | Baxış sayı: 402
Dekabrın 8-də Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyində danışıqlar aparıb. Bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel X platformasındakı hesabında yazıb.
“Azərbaycan Respublikası Prezidentinin köməkçisi ilə Yerusəlimdə Fikirlərimi bölüşmək mənim üçün böyük şərəf idi”, - o yazıb.