22 Aprel 2025
Hidayət Heydərov millidən çıxarıldı - SƏBƏB

Hidayət Heydərov millidən çıxarıldı - SƏBƏB

Hidayət Heydərov millidən çıxarıldı - SƏBƏB

22 Aprel 2025 12:10 | Baxış sayı: 199

Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.


AJMEDİA.İNFO xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.


Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.


Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23-27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.