SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlHərbi attaşenin Sudandakı iqamətgahına hücum olub
16 May 2023 00:44 | Baxış sayı: 615
Bazar ertəsi Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşenin iqamətgahına hücum edilib.
Bu barədə Küveytin Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Bazar ertəs Küveytin Xartumdakı səfirliyindəki hərbi attaşeliyin rəhbərinin iqamətgahına hücum edilib", - deyə XİN-in açıqlamasında bildirilir.
Bildirilir ki, hücum edən şəxslər vandalizm aktları törədib.
XİN-dən qeyd edilib ki, Küveyt bu hücumu pisləyir və xüsusilə diplomatik nümayəndəliklərə və digər əlaqəli binalara qarşı yönəldilmiş hücumların bütün formalarına qarşı çıxır.
Nazirlik Sudan hakimiyyətinə və respublikadakı bütün münaqişə tərəflərinə müraciət edərək diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə çağırıb.