SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlHərbçimiz həlak olub
16 Sentyabr 2023 06:09 | Baxış sayı: 735
Azərbaycan ordusunun hərbçisi həlak olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir.