SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlHər bir Azərbaycan vətəndaşı ayda 405 manat pul xərcləyir – Dövlət Komitəsi
13 May 2023 11:56 | Baxış sayı: 753
Bu ilin ilk 4 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 58 manat artıb.
Belə ki, ötən ilin ilk 4 ayında əhalinin bir nəfəri orta hesabla ayda 346,7 manat xərcləyib.
Onu da bildirək ki, ötən ilin ilk 4 ayında xərclənən vəsaitin 57,1%-i (197,8 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 4 ayında xərclənən vəsaitin 57,6%-i (233,3 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb. yeniavaz.com