20 Aprel 2025
Həmin yarışdakı şairə İlhamə saxlanılıb? - FOTO

Həmin yarışdakı şairə İlhamə saxlanılıb? - FOTO

Həmin yarışdakı şairə İlhamə saxlanılıb? - FOTO

24 Dekabr 2024 10:49 | Baxış sayı: 392

“TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən və müxtəlif adlar altında əyləncə yarışları təşkil edən şəxslərə qarşı hüquq-mühafizə orqanları əməliyyat keçirib.

AJMEDİA.İNFO-nun məlumatına görə, “TikTok”da Azər Zahidin başçılığı ilə təşkil olunan yarışmalarda baş verənlər vətəndaşların narazılığına səbəb olub. Həmin səhifələri idarə edən “emin_resad” və “azerzahid6669966” adlı səhifələrin idarəçiləri – Abdullayev Emin və Rəşad qardaşları, eləcə də Azər İsmayılov saxlanılıb.

Bununla yanaşı, həmin yarışların aktiv iştirakçılarından olan şairə İlhamə Elşadqızının saxlanılması ilə bağlı yayılan məlumatlar təsdiqlənməyib.

Məlumata görə, İlhamə Elşadqızı əməliyyat zamanı həmin şəxslərin yanında olmayıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.