20 Aprel 2025
HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR

HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR

HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır - ŞƏRTİ VAR

17 Fevral 2025 14:44 | Baxış sayı: 735

Radikal HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzza zolağını Fələstin Milli Administrasiyasının və hökumət komitəsinin idarəçiliyinə verməyə hazır olduğunu bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, eyni zamanda HƏMAS şərt irəli sürüblər. Bu şərtə əsasən, Qəzza məmurları yeni administrasiyada iş yerləri ilə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etməlidirlər.

Qeyd olunur ki, radikal hərəkat bu qərarı nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi nəticəsində qəbul edib.

Qeyd edək ki, fevralın 15-də Misirin "Əl-Qahirə əl-İxbariya" telekanalı mənbəyə istinadən xəbər vermişdi ki, HƏMAS vasitəçilərə İsraillə atəşkəs razılaşmasına əməl etmək niyyətində olduğunu və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etmək istəmədiyini bildirib. Mənbənin versiyasına görə, Misir müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv məsləhətləşmələr aparır ki, bu komitə anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpa olunmasına cavabdeh olacaq.