SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlHƏMAS-ın qaçırdığı qızlardan biri ölüb: Anası təsdiqlədi - FOTO
30 Oktyabr 2023 10:38 | Baxış sayı: 712
İsraildə HƏMAS radikalları tərəfindən qaçırılan tələbə Şani Lukun anası qızının ölümünü təsdiqləyib.
AJMEDİA.İNFO xəbər verir ki, Rikarda Luk RTL və NTV telekanallarına “Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı barədə xəbər aldıq” - deyə bildirib.
Lakin qızın ölümü ilə bağlı hələ rəsmi məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl qaçırılan 22 yaşlı almaniyalı Şani Lukun sosial şəbəkələrdə fotoları yayılmış, ZDF telekanalı isə öz mənbələrinə istinadən oktyabrın 10-da onun öldüyünü bildirmişdi. Lakin qızın anası onun sağ olduğunu, vəziyyətinin ağır olduğunu iddia edirdi.
Həmçinin məlum olub ki, Almaniya Baş Prokurorluğu qətllər və girov götürülməsi ilə bağlı HƏMAS-a qarşı araşdırmalara başlayıb.
Mənbə: TASS