20 Aprel 2025
HƏMAS-ın İsrailə hücumu nəticəsində 9 ABŞ vətəndaşı da HƏLAK OLUB

HƏMAS-ın İsrailə hücumu nəticəsində 9 ABŞ vətəndaşı da HƏLAK OLUB

HƏMAS-ın İsrailə hücumu nəticəsində 9 ABŞ vətəndaşı da HƏLAK OLUB

09 Oktyabr 2023 14:00 | Baxış sayı: 482

İsraildə baş verən hadisələr fonunda 9 Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı həlak olub.

AJMEDİA.İNFO "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson məlumat verib.

"BBC"nin məlumatına görə isə İsraildə, həmçinin 10-dan çox britaniyalı ölüb, yaxud itkin düşüb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.