İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlHƏMAS-ın hərbi qanadının rəhbəri də öldürülüb – İsrail ordusu bəyanat yaydı
01 Avqust 2024 10:29 | Baxış sayı: 521
İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatının hərbi qanadının komandanı Məhəmməd əl-Deyfin öldürüldüyünü təsdiqləyib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bəyanat yayıb.
Məlumata görə, Məhəmməd əl-Deyf iyulun 13-də Qəzza zolağında Xan Yunisə endirilən zərbə nəticəsində öldürülüb.
“2024-cü il iyulun 13-də IDF döyüş təyyarələri Xan Yunis bölgəsinə zərbələr endirib və kəşfiyyat məlumatları qiymətləndirildikdən sonra zərbə nəticəsində əl-Deyfin məhv edildiyini təsdiqləmək mümkün olub”, - bəyanatda qeyd edilib.