SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHƏMAS dörd girovun cəsədini İsrailə təhvil verdi
27 Fevral 2025 11:28 | Baxış sayı: 664
Fələstinin HƏMAS təşkilatı Qızıl Xaç təşkilatının vasitəçiliyi ilə daha 4 girovun cəsədini İsrailə təhvil verib.
AJMEDİA.İNFO xəbər verir ki, məlumatı İsrail Baş naziri Benyamin Netanyahunun ofisi də təsdiqləyib.
Məlumata görə, onların arasında girovların ən yaşlısı olan 86 yaşlı Şlomo Mansurun da olduğu güman edilir.
HƏMAS-a görə, Tsaxi İdan, Ohad Yahalom və İtshak Elqartın cəsədləri də İsrailə təhvil verilib. İsrail bunu yalnız müayinədən sonra təsdiq edəcək.
Hazırda İsraildə ilkin şəxsiyyətin müəyyən edilməsi proseduruna başlanılıb.
Bunun müqabilində İsrail 625 fələstinli məhbusu azad edib. HƏMAS təşkilatı da İsrailin 625 fələstinli məhbusu təhvil verdiyini təsdiqləyib. Təşkilat bu barədə öz “Telegram” kanalında bəyanat yayıb. Onların bir hissəsi artıq Ramallah şəhərinə gətirilib.
Qeyd edək ki, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması 2025-ci il yanvarın 19-da qüvvəyə minib.
Çoxmərhələli saziş Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını, yerli əhaliyə humanitar yardımın göstərilməsini, HƏMAS tərəfindən girovların və İsrail tərəfindən fələstinli məhbusların azad edilməsini nəzərdə tutur.