SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlHƏMAS azərbaycanlıları girov götürüb? - RƏSMİ AÇIQLAMA + FOTO
16 Oktyabr 2023 09:18 | Baxış sayı: 916
HƏMAS-ın hər hansı azərbaycanlını girov saxlaması barədə məlumatlar təsdiqini tapmayıb.
Bu barədə AJMEDİA.İNFO-nun sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yayılan məlumatla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi araşdırma aparır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma ilə müşayiət olunur. Döyüşlər davam edir.
Hadisələr zamanı, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.
Həlak olan 7 nəfərin adlarını xatırladırıq:
Şamil Abbasov (İsrail vətəndaşı);
Emin Axundov (İsrail vətəndaşı);
İlkin Nəzərov (Azərbaycan vətəndaşı);
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);
Roman Gandel (İsrail vətəndaşı);
Eden Abdullayeva (İsrail vətəndaşı);
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).