20 Aprel 2025
"HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil" - Yoav Qallant

"HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil" - Yoav Qallant

"HƏMAS artıq hərbi qüvvə kimi mövcud deyil" - Yoav Qallant

10 Sentyabr 2024 16:29 | Baxış sayı: 416

Fələstinin HƏMAS qruplaşması artıq hərbi qurum kimi mövcud deyil.

AJMEDİA.İNFO NDTV-yə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

O bildirib ki, 11 aydan çox davam edən müharibədən sonra HƏMAS-ın hərbi potensialı ciddi şəkildə zəifləyib.


"HƏMAS artıq hərbi birləşmə kimi mövcud deyil. Təşkilat partizan müharibəsi aparır, biz isə hələ də terrorçularla mübarizə aparır və onların rəhbərliyini təqib edirik", - müdafiə naziri qeyd edib.

Y.Qallant həmçinin beynəlxalq ictimaiyyəti HƏMAS-a təzyiqləri davam etdirməyə çağırıb.

"İsrail altı həftəlik fasiləni və girovların qaytarılmasını təmin edəcək razılaşmaya nail olmalıdır", - o əlavə edib.