11 Dekabr 2024
Həbsdəki ictimai fəalları azad etmək çağırışına reaksiyalar

Həbsdəki ictimai fəalları azad etmək çağırışına reaksiyalar

Həbsdəki ictimai fəalları azad etmək çağırışına reaksiyalar

02 Noyabr 2024 09:24 | Baxış sayı: 282

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP, sədr Mirmahmud Mirəlioğlu) COP29 ərəfəsində həbsdəki jurnalistlər və ictimai fəalların azad olunması üçün Azərbaycan hakimiyyətinə müraciət edib (Turan). “Həbsdəki ictimai fəalların və media nümayəndələrinin bir çoxunun sağlamlığında ciddi problemlər olduğunu, bu məqamın ciddi olaraq, beynəlxalq səviyyədə Azərbaycan dövlətinə qarşı istifadə edildiyini, həbsdəki şəxslərin heç bir formada dövlətçiliyə təhlükə yaratmadığını nəzərə alaraq, onların təcili, COP 29 beynəlxalq tədbirinə qədər azadlığa buraxılmasın təklif edirik”, - sənəddə qeyd edilir.

Partiya hesab edir ki, hökumətin bu addımının ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan dövlətinə münasibətdə müsbət təsiri olacaq. KXCP COP29 ərəfəsində Azərbaycan hakimiyyətinin dünya ölkələrinə bu tədbir zamanı silahlı münaqişələrin dayandırılması ilə bağlı çağırışını doğru sayır və ümumilikdə müsbət qiymətləndirir.//Musavat.com