SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHəbsdə olan Qubad İbadoğlunun ailəsi ilə bağlı QƏRAR
05 Sentyabr 2023 07:59 | Baxış sayı: 670
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun yaxınlarının ölkədən çıxışına qadağa qoyulub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun qardaşı Qalib Toğrul sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilərək həbs olunub.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.