SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlHəbsdə olan millət vəkili İNFARKT KEÇİRDİ - FOTO
09 Avqust 2024 07:43 | Baxış sayı: 388
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Məlumatı AJMEDİA.İNFO-ya onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.