SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHəbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin və atasının evində AXTARIŞ APARILIR - DİN-dən AÇIQLAMA
06 İyun 2023 07:24 | Baxış sayı: 487
Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin və atasının evində, həmçinin avtomobilində axtarış aparılması ilə bağlı məlumat yayılıb.
AJMEDİA.İNFO xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
Qeyd edək ki, B. Hacıyev ötən ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.