SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHəbs edilən İmamoğludan ilk mesaj: “Hesab günü yaxındır!”
23 Mart 2025 14:30 | Baxış sayı: 446
Korrupsiya istintaqı çərçivəsində həbs edilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu qərardan sonra diqqətçəkən mesaj paylaşıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib.
“Qorxunun əcələ faydası yoxdur. Hər cür uduzacaqsınız. Haqlılığımıza, mərdliyimizə, təvazökarlığımıza, gülər üzümüzə məğlub olacaqsınız! Əziz millətim, heç vaxt kədərlənməyin, ümidinizi itirməyin. Əl-ələ verib demokratiyamıza vurulan bu zərbənin, qara ləkənin kökünü kəsəcəyik. Prosesi idarə edən insanların həm dünyada, həm də axirətdə hesab verəcəyi gün yaxındır”.
O, həmçinin vətəndaşlara səslənib:
“Sizi seçki qutusuna getməyə, demokratiya və ədalət uğrunda mübarizəmizi bütün dünyaya elan etməyə dəvət edirəm. Heç vaxt əyilməyəcəm, hər şey gözəl olacaq”.
Qeyd edək ki, beş gündür davam edən əməliyyatda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlun “korrupsiya” işi ilə bağlı həbs edilib.