SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHebron yaxınlığında terror aktı: İsrailli fermer yaralanıb, terrorçu məhv edilib
12 Yanvar 2023 09:01 | Baxış sayı: 533
Hebron dağlarında terror hadisəsi:
AJMEDİA.İNFO xəbər verir ki, fələstinli bıçaqla israilli fermerə hücum edib, ona bir neçə zərbələr endirməsinə baxmayaraq terrorçu yerindəcə güllələnib. Hücum dünən yanvarın 11-də yəhudilərin Şima (Yonadav) qəsəbəsi yaxınlığındakı Havat Yehuda fermasının ərazisində baş verib.
Hücum yerinə İHQ-i və İsrail təhlükəsizlik qüvvələri gəlib. Hücumun şəraiti ilə bağlı araşdırma başlayıb. Əsgərlər terrorçunun mümkün şəriklərini axtarmaq üçün ərazidə yoxlama əməliyyatı keçiriblər.
Xəsarət alan 29 yaşlı Elyaşiv Nahuma ilkin tibbi yardım göstərildikdən sonra Beerşebadakı Soroka xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.