20 Aprel 2025
Hava bu tarixdə düzələcək - RƏSMİ

Hava bu tarixdə düzələcək - RƏSMİ

Hava bu tarixdə düzələcək - RƏSMİ

21 Fevral 2025 12:23 | Baxış sayı: 346

Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.


Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.


Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.


Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.


Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.


Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.