07 İyun 2025
"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda

"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda

"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda

21 Mart 2023 09:16 | Baxış sayı: 894

Aktyor Fərda Xudaverdiyev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, "MTV maqazin"ə danışan Xudaverdiyev israrla qadın paltarı ilə səhnəyə çıxmayacağını bildirib:

"İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm. Məni o paltarda görmək istəyənlər elə də qocalacaqlar. Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa zatən insanlar ona güləcəklər. Bir kişinin qadın paltarında çıxmağı gülməlidir. Mən o cür paltarla səhnəyə çıxmaq istəmirəm".

Aktyor bu açıqlaması ilə yenidən bəzi həmkarlarının bostanına daş atıb. Onların Fərdanın bu sözlərinə reaksiyasının necə olacağını isə zaman göstərəcək.