SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlHansı deputatların seçki dairələri LƏĞV OLUNACAQ?
14 Sentyabr 2023 13:10 | Baxış sayı: 543
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv ediləcəyi iddiası ilə çıxış edib. O sosial şəbəkə hesabında yazdığı statusunda qeyd edib ki, Şəkidə 114 saylı, Lənkəranda 76 saylı və Cəlilabadda 69 saylı seçki dairələri ləğv olunacaq.
AJMEDİA.İNFO sözügedən dairələrdən Milli Məclisə deputat seçilən şəxslərin adlarını təqdim edir:
69 saylı seçki dairəsi - Fəzail İbrahimli
76 saylı seçki dairəsi - Ziyafət Əsgərov
114 saylı seçki dairəsi - Əli Məsimli
Qeyd edək ki, İlqar Məmmədov bəzi seçki dairələrinin ləğv edilməsinə baxmayaraq, deputatların sayında dəyişiklik olmayacağını bildirib. Onun sözlərinə görə, ləğv ediləcək seçki dairələrinin əvəzində Sumqayıtda 2, Abşeronda isə 3 yeni dairə yaradılacaq.(unikal)