20 Aprel 2025
“Hakimə dedim ki, 15-20 sutka ver, amma 1500 manat cərimələmə” - Video

“Hakimə dedim ki, 15-20 sutka ver, amma 1500 manat cərimələmə” - Video

“Hakimə dedim ki, 15-20 sutka ver, amma 1500 manat cərimələmə” - Video

21 İyun 2023 15:08 | Baxış sayı: 630

“Dünən (20 iyun – red.) səhər saat 8-də məni mülki geyimli 3 polis evimdən apardı. Rəis Mehman müəllim mənə dedi ki, sən təbliğat aparırsan. Dedim ki, rəis, mən təbliğat aparmıram, xalq aparır. Xalqın özü öz torpağına gedir, heç kim mənim ağlımla gölə getməz”.
Bunu Gədəbəy sakinlərindən biri icra başçısı Orxan Mürsəlovla dialoqu zamanı deyib.
Sakin bildirib ki, məhkəmə onu 1500 AZN cərimələyib:
“Dünən bizi apardılar, axşam məhkəmə elədilər. 5 nəfəri saxladılar, yaşıma görə məni buraxdılar, 1500 manat cərimə elədilər. Deyirəm ki, möhtərəm hakim, mən 200 manat pensiya alıram. 1500 manat məni cərimə edəndən sonra mən nə ilə dolanım? Dedim ki, o 15-20 sutka cəzanı mənə də ver, amma mənim 1500 manat yoxumdur verməyə” yeniavaz.com