SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlHacı Şahinin yerinə təyinat BU TARİXDƏ OLACAQ
06 Aprel 2023 08:54 | Baxış sayı: 837
Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra olacaq.
AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.
“Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək”, - deyə komitə sədri qeyd edib.
Xatırladaq ki, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli martın 2-də ürəktutmadan vəfat edib.