SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlHacı Şahinə məzar daşı hələ də qoyulmayıb - Səlahiyyətli din xadimləri niyə susur?
04 İyul 2023 13:30 | Baxış sayı: 636
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin məzar daşı hələ də hazır deyil.
AJMEDİA.İNFO xəbər verir ki, İslam adətlərinə görə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulsa da, Hacı Şahinin qəfil vəfatından 4 ay keçməsinə baxmayaraq, məzarı başında heç bir hazırlıq işi görülmür.
Məsələ ilə bağlı Qafqazinfo-nun Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. Səlahiyyətli din xadimlərindən biri isə bu barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, iyulun 7-si Hacı Şahinin 49 yaşı olacaq və sevənləri də qəbirüstü abidənin məhz ad gününə hazır olacağına ümid edirdilər.