20 Aprel 2025
Gürcüstanın bəyanatı qəbuledilməzdir – Ceyms Obrayen

Gürcüstanın bəyanatı qəbuledilməzdir – Ceyms Obrayen

Gürcüstanın bəyanatı qəbuledilməzdir – Ceyms Obrayen

08 Sentyabr 2024 20:48 | Baxış sayı: 523

“Gürcüstan hökumətinin müxalifət partiyalarını bağlatması ilə bağlı bəyanatı demokratik səslənmir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayen deyib.

Onun sözlərinə görə, hökumətin bu bəyanatı Gürcüstanı Avropaya aparmayacaq:

“Bir partiya digər partiyanın rəqabət aparacağını müəyyən etmək haqqına sahib deyil. Bu bəyanat göstərir ki, Gürcü Arzusu Gürcüstanı Avropaya apara biləcək partiya deyil”, – o bildirib.

Obrayeb deyib ki, Gürcü Arzusu hər şeyin qaydasında olduğunu göstərməyə çalışır, amma belə deyil.

Qeyd edək ki, Gürcü Arzusu bundan öncə parlamentdə konstitusion üstünlük qazanacağı halda ölkədə Saakaşvilinin partiyasını – Vahid Milli Hərəkat Partiyası və “peykləri”ni bağlatdıracağını açıqlayıb.