20 Aprel 2025
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib

Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib

Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib

27 Yanvar 2025 20:30 | Baxış sayı: 382

Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib.


"Report"un Avropa bürosunun xəbərinə görə, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı 30-dan artıq ölkənin dəstəyi ilə Gürcüstanın nümayəndə heyətinin səlahiyyətlərinə yenidən baxılması üçün iş aidiyyəti komissiyaya göndərilib.


Komissiyanın qərarı 24 saat ərzində məlum olacaq.


Qərar müsbət olduğu halda Gürcüstan nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak edə biləcək, lakin səsvermə hüququnu itirəcək.