20 Aprel 2025
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan reaksiya

Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan reaksiya

Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan reaksiya

04 Fevral 2025 08:59 | Baxış sayı: 758

Gürcüstanın “İMEDİ” televiziya kanalında Azərbaycana məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim olunub.

AJMEDIA.INFO bildirir ki, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Ötən ilin sentyabrında “İMEDİ” kanalında yayımlanan “Çveni şou” proqramında müğənni Dodona Namoradze, 2023-cü ilin noyabrında isə “1TV.GE” telekanalında yayımlanan “Natalia & Datuna” şou proqramında müğənni Natalia oxşar addım atmışdı.

Bundan başqa, ötən ilin may ayında “Rustavi” telekanalında yayımlanan “Paatas da Nikas şou” proqramında Azərbaycan xalq mahnısı “Bu qala, daşlı qala” “Sənə sevgi söz verirəm” adı ilə gürcü dilində təqdim edilmişdi.//musavat.com