20 Aprel 2025
Gürcüstanda bir neçə müxalifət partiyası qadağan edilə bilər

Gürcüstanda bir neçə müxalifət partiyası qadağan edilə bilər

Gürcüstanda bir neçə müxalifət partiyası qadağan edilə bilər

23 Avqust 2024 15:20 | Baxış sayı: 330

Gürcüstan hakimiyyəti parlament seçkilərindən sonra təkcə eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının deyil, həm də onunla əlaqəli olan digər siyasi birliklərin fəaliyyətini konstitusiyaya zidd kimi tanımaq niyyətindədir.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
“Əslində, bizim subyektimiz çox deyil, əlavə olaraq bir neçə partiya da “Vahid Milli Hərəkat”ın tərkibində seçkilərdə iştirak edəcək. Siz də bilirsiniz ki, “Vahid Milli Hərəkat” kollektivinə “Axali”, “Girçi”, “Droa” partiyaları da daxildir. Bu siyasətçilərin hamısının “Vahid Milli Hərəkat”la bağlı keçmişi və bu günü var”, – deyə Kobaxidze daha hansı partiyaların konstitusiyaya zidd elan edilməsinin planlaşdırıldığı ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan Naminə” partiyası da “Vahid Milli Hərəkat”la ittifaqdadır.
“Bu, bir kollektiv cinayətkar siyasi qüvvədir ki, onu pisləmək lazımdır”, - deyə baş nazir vurğulayıb.
Digər tərəfdən, Kobaxidze istisna etməyib ki, müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyasının deputatlarının mandatları ləğv olunsa, oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı ola bilər. Belə ki, Gürcüstan hökumətinin başçısı parlament seçkilərinin nəticələrinə görə ölkənin qanunverici orqanına yalnız iki partiyanın - hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” və “Vahid Milli Hərəkat”ın keçəcəyini proqnozlaşdırır.