SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlGürcüstan Ukraynadan qovulan səfiri ilə Saakaşvili barədə məsləhətləşmə aparmayacaq
07 İyul 2023 06:10 | Baxış sayı: 704
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib ki, Tbilisi Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilmiş Kiyevdəki səfiri Giorgi Zakaraşvili ilə Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barədə heç bir məsləhətləşmə aparmayacaq.
"Gürcüstan Xarici İşlər Nazirliyi səfirlə hər hansı məsləhətləşmələr aparmağı planlaşdırmır", - Darçiaşvili bildirib.
Onun sözlərinə görə, səfir artıq Ukrayna ərazisini tərk edib və Gürcüstana yollanıb.
Bir gün əvvəl Ukrayna hakimiyyəti tərəfindən 48 saat ərzində ölkəni tərk etmək əmri verilən Zakaraşvili iyulun 6-da, cümə axşamı günü Ukraynanı tərk edəcəyini bildirmişdi.
Bundan əvvəl Darçiaşvili bildirib ki, Ukrayna hakimiyyətinin Saakaşvili ətrafında yaranmış vəziyyətlə əlaqədar məsləhətləşmələr üçün ölkəni tərk etmək tövsiyəsindən sonra Zakaraşvili tezliklə Tbilisiyə qayıdacaq.