SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlGürcüstan Prezidenti Moskvaya səfər edəcək?
31 Mart 2025 23:15 | Baxış sayı: 320
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyası (VMHP) ölkə prezident Mixeil Kavelaşvilinin mayın 9-da Moskvaya səfər edəcəyi ilə bağlı məlumatlar yayıb.
AJMEDİA.İNFO xəbər verir ki, VMHP üzvləri Levan Sanikidze və Tina Bokuçava etibarlı adlandırdıqları mənbələrə istinadla bildiriblər ki, M.Kavelaşvili mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak etməyi planlaşdırır.
Prezidentin mətbuat xidmətindən yayılan informasiyaların həqiqətə uyğun olmadığı bildirilib.
Qeyd edək ki, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova M.Kavelaşvilinin Moskvada 9 May - Qələbə gününə həsr olunacaq mərasimlərə dəvət edilməsini nə təsdiq, nə də təkzib edib.