SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlGürcüstan hökumətinə ciddi XƏBƏRDARLIQ: ABŞ tanınmanı ləğv edə bilər
09 Yanvar 2025 21:03 | Baxış sayı: 448
ABŞ qanunvericiləri "Gürcü Arzusu" hökumətinin tanınmasını qadağan edən qanun layihəsini təqdim etməyə hazırlaşırlar. Bu addım, Rusiyayönlü milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ABŞ tərəfindən sanksiyalara məruz qalmasından cəmi iki həftə sonra atılır. Qərb siyasətçiləri bu sanksiyaların Gürcüstanda demokratiyanın zəiflədilməsi və ölkənin Rusiyaya meyllənməsi ilə bağlı olduğunu vurğulayırlar.
Musavat.com-un xəbərinə görə, yanvarın 8-də ABŞ-ın "Fox News" telekanalı məlumat yayıb ki, Konqresin hər iki palatası tərəfindən dəstəklənən bu qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına təqdim ediləcək.
Məlumata görə, layihə Bidzina İvanişvili və ya onun yaxın çevrəsindəki şəxslərin rəhbərlik etdiyi istənilən Gürcüstan hökuməti ilə ABŞ-nin rəsmi münasibətlərini qadağan etməyə yönəlib.