Gürcüstan hökuməti Sudandakı vətəndaşlarının təhlükəsiz yerə köçürülməsinə nail olub
24 Aprel 2023 07:05 | Baxış sayı: 631
Gürcüstan hökuməti Sudanda müvəqqəti yaşayan və işləyən vətəndaşlarının təhlükəsiz əraziyə köçürülməsinə nail olub.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sudanda toqquşma bölgələrində olan Gürcüstan vətəndaşları tam təhlükəsiz əraziyə köçürülüblər. Hazırda onların təxliyəsi istiqamətində işlər davam etdirilir.